AZ

"İnter"in yarımmüdafiəçisi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

Bakı.Trend:

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend xəbərverir ki, "Nottingem Forest" italiyalı futbolçunu transfer etməkistəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Artıq klublar arasında danışıqlar başlayıb. "Nottingeem Forest"26 yaşlı oyunçu üçün 35 milyon avro ödəməyə razı olsa, keçid baştutacaq.

Qeyd edək ki, Davide Frattezi bu mövsüm "İnter"in heyətindəmeydana çıxdığı 15 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.İtaliya millisinin üzvünün Milan təmsilçisi ilə müqaviləsi 2028-ciilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Seçilən
56
az.trend.az

1Mənbələr