AZ

Rusiyaya qarşı sanksiyalar sərtləşdirilsin – Kallas

Bakı. Trend:

Avropa İttifaqının xarici siyasət üzrə ali komisarı Kaya KallasRusiya ordusunun Ukraynaya orta-mənzilli “Oreşnik” raketləri iləzərbələr endirməsinə sərt reaksiya verib.

Trend xəbər verirki, bu barədə Kallas öz rəsmi “X” səhifəsində Rusiyaya qarşısanksiyaların sərtləşdirilməsinə dair çağırış edib.

“Avropa İttifaqı ölkələri hava hücumundan müdafiə vasitələrininehtiyatlarını artırmalı və öz planlarının icrasına dərhalbaşlamalıdır. Biz həmçinin bu müharibənin Moskva üçün bədəlini dahada yüksəltməliyik - o cümlədən sanksiyaların sərtləşdirilməsi yoluilə”, – deyə Kallas yazıb.

O əlavə edib ki, “Oreşnik”dən istifadəni Ukraynaya qarşı açıqeskalasiya, eyni zamanda Avropa və ABŞ üçün xəbərdarlıq hesab edir.Kallasın fikrincə, Rusiya lideri Vladimir Putin sülhə canatmır.

“Rusiya diplomatiyaya yeni raketlər və dağıntılarla cavabverir”, – deyə Kallas qeyd edib.

Məqalədə:
Seçilən
77
4
az.trend.az

5Mənbələr