AZ

Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanılıb

Bakı.Trend:

Nəsimi rayonunda evlərin birindən 5000 manat dəyərindəqızıl-zinət əşyaları və nağd pul oğurlanıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləəməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlıR.Allahverdiyeva saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdənçıxarkən qapının üzərində unutduğu açarı gizlicə götürərək özündəsaxlayıb. Daha sonra evdə heç kim olmadığı vaxtda mənzilə daxilolaraq oğurluq edib.

Araşdırma davam etdirilir.

Məqalədə:
Seçilən
27
7
az.trend.az

10Mənbələr