AZ

Ermənistan və İran arasında siyasi məsləhətləşmələr keçirilib

Ermənistan və İran İslam Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyasi məsləhətləşmələr İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt Rəvançinin rəhbərliyi ilə keçirilib.

Nazir müavinləri Ermənistan-İran ikitərəfli münasibətlərinin geniş gündəliyini, eləcə də regional və beynəlxalq inkişafla bağlı məsələləri müzakirə ediblər.

Vahan Kostanyan və Məcid Taxt Ravançi iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər vasitəsilə də özünü göstərən fəal əməkdaşlıq dinamikasını məmnuniyyətlə qeyd ediblər.

İki ölkə liderləri səviyyəsində münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq əzmi bir daha təsdiqlənib.

Enerji, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və konkret proqramların həyata keçirilməsinin gedişi barədə fikir mübadiləsi aparılıb.

Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan regional əlaqələrin inkişafına yönəlmiş layihələrə, o cümlədən TRIPP proqramının həyata keçirilməsi nəticəsində gözlənilən yeni imkanlara toxunub.

Seçilən
51
5
apa.az

7Mənbələr