AZ

Xızı Abşeron KES in əhəmiyyəti: 30% lik hədəf reallaşır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycan hazırda üçüncü enerji strategiyası olan alternativ enerji strategiyasını uğurla davam etdirir".

Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov "Xızı-Abşeron" külək elektrik stansiyasının (KES) əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, "Xızı-Abşeron" KES-in açılışı sıradan hadisə deyil, çünki 2023-cü ildə də Qaradağda günəş elektrik stansiyası (GES) açılmışdı. Hər iki layihə ərəb dövlətləri - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının aparıcı şirkətləri tərəfindən uğurla icrası tamamlanan layihələrdir:

"Nəticə etibarilə bu layihə Qaradağ GES 230 MVt və "Xızı-Abşeron" KES isə 240 MVt gücündə olmaqla toplam 470 MVt gücdən söhbət gedir. Göründüyü kimi, bu proses artıq sistemli xarakter alıb. Nəticədə, 2025-ci ilin oktyabr ayına olan son statistikaya əsasən, energetika nazirinin açıqladığı rəqəmlərdən də görmək olar ki, davamlı olaraq bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin ümumi enerji istehsalındakı payı davamlı şəkildə artmaqdadır".

"Ümumilikdə 1 830 MVt güc səviyyəsinə çatdırılıb ki, bu da ümumi enerji istehsalında 18.8%-lik pay deməkdir. Prezident İlham Əliyev də dünənki çıxışında vurğuladı ki, bu pay artırılacaq və 2030-cu ilə qədər 30%-dən yuxarı qalxacaq. Nəzərə alsaq ki, bu gün də investorlar fəaldırlar və ayrı-ayrı böyük şirkətlərin Azərbaycan ərazisində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti davam edir, bu hədəf real görünür. Cəbrayıl rayonunda Günəş elektrik stansiyasının inşası davam etdirilir. O cümlədən də, Neftçala və digər rayonlarımızda aparılan işlər də göstərir ki, 30%-lik hədəfə nail olmağa imkan verəcək", - deyə müsahibimiz əlavə edib.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr