Rusiyanın “Oreşnik” raket kompleksinin Ukrayna ərazisinə tətbiqi nümayiş xarakteri daşıyıb və zərbə döyüş başlığı olmadan, faktiki olaraq kinetik təsir formasında həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Nezıgar” (“Незыгарь”) Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, zərbə Polşa sərhədindən təxminən 80 kilometr məsafədə endirilib. Kanal müəlliflərinin fikrincə, bu addım Kremlin Valday üzərində pilotsuz uçuş aparatlarının peyda olması və bir gəminin saxlanılması ilə bağlı “cavab” mövzusunu bağlamaq məqsədi daşıyıb.
Qeyd olunur ki, “Oreşnik” raketinin bir buraxılışının dəyəri 40–80 milyon dollar arasında qiymətləndirilir. Məqalədə vurğulanır ki, bu addım Qərb üçün xoşagəlməz olsa da, kritik və ya şok effekti yaratmayıb.
“Sözügedən zərbə ilə Kreml sanki nöqtə qoyur və öz ‘səbrinin tənqidinə’ cavab vermiş olur. ‘Oreşnik’in dəyəri 40–80 milyon dollardır. Bu, bizim psixoloji cavabımızın qiymətidir”, – deyə “Nezıgar” kanalı yazır.
Sara