Bakı.Trend:
bp şirkəti Xəzər dənizindəki "Dərinsulu Günəşli" (DeepwaterGunashli) yatağında quyularda yüngül müdaxilə (Light WellIntervention Vessel, LWIV) əməliyyatlarını həyata keçirmək üçün ilkgəmini işə salmağa hazırlaşır.
Trend bu barədəşirkətə istinadən xəbər verir.
bp-nin AGT regionu (Azərbaycan, Gürcüstan və Türkiyə) üzrəquyular üzrə vitse-prezidenti Rassel Morrisin sosial şəbəkədəbildirdiyinə görə, gəmi Azərbaycan, Gürcüstan və Türkiyədəəməliyyatlara cavabdeh olan “AGT Wells bp” komandası tərəfindənistifadə olunacaq.
Onun sözlərinə görə, “Xankəndi” adlı sualtı inşaat gəmisi tamtəmir edilib və gələn həftə sualtı müdaxilə işlərinin aparılmasıüçün yatağa göndəriləcək. Morrisin bildirib ki, bu əməliyyat(müdaxilə avadanlığı üzrə gəmi operatoru kimi Saipem şirkətinin vəSLB şirkətinin dəstəyi ilə) Oceaneering BORIS (Blue Ocean RiserlessIntervention System) sistemi istifadə edilərək dünyada həyatakeçiriləcək ilk əməliyyat olacaq.
Qeyd edək ki, kampaniyanın təhlükəsiz və effektiv aparılmasıüçün artıq iki böyük müqavilə imzalanıb:
- RLWI xidmətlərinin, BORIS-in quraşdırılması, yığılması vəsınaqdan keçirilməsi, layihə idarəçiliyi, mühəndis dəstəyi,sistemlərin inteqrasiyası, həmçinin avadanlıq və materiallarıntəchizatı və istehsalat işlərinin həyata keçirilməsini əhatə edənçoxmilyonluq müqavilə “Oceaneering International” ilə bağlanıb.
- Yüngül müdaxilə (LWI) xidmətlərini, o cümlədən ağırqaldırmaları aradan qaldırmaq və “qırmızı zona”nın idarəsinisadələşdirmək üçün kombinə edilmiş wireline/slickline (Combo)blokunu təmin etməyi, yüksək təzyiqli nasos avadanlığı ilə“bleed-off “paketinin tam təqdimatını və çoxdisiplinli briqadalarıəhatə edən çoxmilyonluq müqavilə SLB ilə bağlanıb.
bp-nin son məlumatlarına görə, 2025-ci ilin ilk üç rübündə AÇGüzrə gündəlik orta hasilat təxminən 327 000 barel (ümumilikdətəxminən 89 milyon barel və ya 12 milyon ton) təşkil edib. BunaÇıraq platformalarında 21 000 barel, Mərkəzi Azəri 88 000, QərbiAzəri 75 000, Şərqi Azəri 43 000, Dərinsulu Güneşli 52 000, QərbiÇıraq 24 000, ACE (Azeri Central East) –da 24 000 barel gündəlikhasilat daxildir.
Bundan əlavə, 2025-ci ilin sentyabr ayının sonuna AÇG-də 145quyu istismarda olub, 48-i su vurma, 10-u isə qaz vurma üçünistifadə olunub.
2025-ci ilin ilk doqquz ayında AÇG-də altı hasilat neft quyusu,dörd su vurma quyusu və bir qaz vurma quyusu qazılıb vətamamlanıb.
2025-ci ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasənSəngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğuvasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmtqazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektoravurulmuşdur.
Blokun kommersiya istismarı 1997-ci ilin noyabrından başlayaraqvə 2025-ci ilin üçüncü rübünün sonuna qədər ümumilikdə 4,5 milyardbarel neft hasil edilib. Bu dövr ərzində AÇG-dən dövlətə ümumilikdə60 milyard kubmetr səmt qazı tədarük olunub.