AZ

“Qalatasaray” Argentina millisinin futbolçusunu transfer edib

Bakı, 9 yanvar, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandasının anlaşdığı Can Armando Güner İstanbula gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

18 yaşlı oyunşu "Borussiya"nın (Münxenqladbax) U-19 komandasından transfer edilib. Argentinanın U-17 millisində oynayan futbolçu ilə 2029-cu ilədək müqavilə imzalanacaq.

Can Armando Güner “Şalke”nin aşağı yaş qruplarında da oynayıb.

Seçilən
133
3
azertag.az

4Mənbələr