AZ

ABŞ Rusiyanın “kölgə donanması”ndan daha bir tankeri ələ keçirdi


ABŞ Sahil Mühafizəsi Trinidad yaxınlığında Karib dənizində “Olina” tankerini ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” bu barədə ABŞ rəsmilərinə istinadən məlumat veriblər.
“The Bell” qəzetinin məlumatına görə, “Olina”nın qeydiyyat nömrəsi “Minerva M” tankerinin nömrəsi ilə eynidir. 2025-ci ilin yanvar ayında ABŞ tərəfindən Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neftini daşımaq üçün istifadə edilən “kölgə donanması” gəmisi kimi sanksiya edilib.
ABŞ Cənub Komandanlığı “Olina” tankerinin ələ keçirilməsini təsdiqləyib. Komandanlıq əməliyyatın problemsiz keçdiyini qeyd edib.
Agentlik “Vanguard”ın məlumatlarına istinadən xəbər verir ki, gəmi sonuncu dəfə 52 gün əvvəl, noyabrın ortalarında Venesuela sahillərində mövqeyini bildirib. Bu, ABŞ tərəfindən Venesueladan neft daşıyan gəmiləri hədəf alan əməliyyat çərçivəsində ələ keçirilən beşinci gəmidir. Kölgə donanmasının gəmiləri Venesuelanın neft ixracının 70%-ni təşkil edir.
Seçilən
69
yeniavaz.com

1Mənbələr