AZ

Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yol hərəkəti qaydalarını pozan piyadalar avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, iki qadın yolu təyin olunmamış yerdən keçərək həm özlərini, həm də sürücünü təhlükə altına qoyublar. Belə ki, səki ilə hərəkət edən piyadalar yaxınlaşmaqda olan avtomobilə məhəl qoymadan qəfil yolun hərəkət hissəsinə çıxıblar.

Nəticədə görüntünü qeydə alan avtomobil üçün qəza riski yaranıb. Xoşbəxtlikdən sürücünün vaxtında ehtiyatlı davranması baş verəcək qəzanın qarşısını alıb. 

Xatırladaq ki, qanunvericiliyə əsasən, hər bir piyada yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli və yaxınlaşmaqda olan avtomobil varsa onun dayandığına əmin olduqdan sonra hərəkət etməlidir. 

Nərmin

Oxunub 150

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
avtosfer.az

1Mənbələr