Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə milli müdafiə naziri Yaşar Gülər indoneziyalı həmkarları Suqiono və Sjafrie Sjamsoeddin ilə görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.
Türkiyənin XİN başçısı ikitərəfli münasibətlər və Asiyada əlaqələrin genişləndirilməsi barədə danışıb. İndoneziyanın xarici işlər naziri Sugiono öz növbəsinbdə Türkiyəni strateji tərəfdaş kimi qiymətləndirib.
"İqtisadi əməkdaşlıqlar müzakirə olunub və sərbəst ticarət razılaşması istiqamətində mühüm razılıqlar əldə edilib", - Sugiono vurğulayıb.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İndoneziya ilə hərbi əməkdaşlığa dair bəzi məsələlərin razılaşdırıldığını deyib. "Beynəlxalq təhlükəsizliyin risk altında olduğu bir vaxtda sülhün təminatı barədə fikir mübadiləsi apardıq" , - o qeyd edib.