AZ

Saşa İliç: Yoxlama görüşlərindəki nəticələr bizi narahat etmir

Bakı, 9 yanvar, AZƏRTAC

Belə oyunlarda nəticə önəmli deyil. Yoxlama görüşlərində bu bizi narahat etmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliş Türkiyənin Antalya şəhərində Macarıstanın “Pakş” klubuna 1:5 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

Serbiyalı mütəxəssis meydanda kifayət qədər gənc futbolçunun olduğunu bildirib: “Əsasən fərdi səhvlərdən sonra qollar buraxdıq. Bunun üzərində işləyəcəyik. 4–5 gündür məşq edirik. Gənclərə təcrübə lazımdır və biz onlara bu imkanı veririk”.

O, bəzi legionerlər komandaya daha gec qoşulduqlarını vurğulayıb: “Onların optimal formada olduqlarını demək hələ tezdir”.

Qeyd edək ki, “Sumqayıt” toplanış müddətində növbəti matçlarını yanvarın 12-də Serbiyanın “OFK Belqrad”, 16-da isə Xorvatiyanın “Osiyek” komandalarına qarşı keçirəcək.

 

Seçilən
30
azertag.az

1Mənbələr