Bakı. Trend:
Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyəverilib. Təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunanbinası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsızvəziyyətə düşmüşdü.
Trend xəbər verir ki, busəbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeniməktəb binasının inşasına başlanılmışdır.
Tikintisi 2025-ci ilin dekabr ayında başa çatan məktəb 3mərtəbəli və 5 korpusludur.Təhsil ocağının fənn kabinetləri vəlaboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlətəchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinifotaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter,hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet vəyeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisinyüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanıərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.