AZ

Sanitar qaydalara əməl etməyən çayxana bağlandı FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Qurtuluş prospekti, 96 ünvanında fiziki şəxs Rasif Təyyar oğlu Qəhrəmanova məxsus çayxanada aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, obyekt sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərir, qida məhsulları ilə təmasda olan səthlər yuyulabilən və korroziyaya davamlı materialla üzlənməyib, havalandırma sistemi quraşdırılmayıb və digər tələblər pozulub.

Çayxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
1
unikal.az

10Mənbələr