Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dayısı oğlunun evindən oğurluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, oğurluq hadisəsi Bakının Qaradağ rayonunda baş verib.
Dayısı oğlunun fərdi yaşayış evində onunla birgə yaşayan Samir Zahidov (şərti) ev sahibinə məxsus dəmir kassadan 2000 manat pul oğurlayıb. Həmin vaxt dayısı oğlu evdə olmayıb.
Ev sahibi qayıtdıqdan sonra kassadan pul oğurlandığını görüb. O, əvvəlcə qardaşlarını sorğu-suala tutub. Onların oğurluqla heç bir əlaqəsinin olmadığı üzə çıxandan sonra Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng vurub. Polisin araşdırmaları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Samir Zahidov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Samir Zahidov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini pula ehtiyacı olması ilə izah edib. Təqsirləndirilən şəxs həmçinin bildirib ki, zərərçəkmişlə barışıq əldə edib.
Məhkəmə Samir Zahidovun əməlini Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsinə tövsif edərək onu bu maddə ilə təqsirli bilib. Samir Zahidov barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.