“Arsenal”ın ulduz futbolçusu Bukayo Sakanın ilə yeni müqavilə imzalanacaq.

Offsideplus.az xəbər verir ki, klubla müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər uzadılacaq.

Tərəflər arasında şifahi razılaşma artıq bir neçə aydır mövcud idi. İndi isə bu razılaşma “Arsenal”ın hüquq şöbəsi tərəfindən təsdiqlənib və müqavilənin rəsmiləşdirilməsi gözlənilir.