
Amerikalı müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 44 yaşlı ulduz bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Spirs bildirib ki, son dərəcə həssas səbəblərdən bir daha ABŞ-də çıxış etməyəcək.
Lakin ulduz davam edərək bildirib ki, nə vaxtsa Böyük Britaniya və Avstraliyada, ehtimal ki, oğullarından biri ilə çıxış etməyi ümid edir.
2008-ci ildə ulduzun ruhi sağlamlığı səbəbindən atası onun üzərindən himayədarlıq üçün müraciət edib və bu himayədarlıq yalnız 2021-ci ildə məhkəmə qərarı ilə ləğv edilib.