AZ

Fransa polisinin qarşı sərt müdaxiləsi tənqidlərə səbəb olub



Fransanın paytaxtı Parisdə polisin nümayiş keçirmək istəyən kənd təsərrüfatı birliyi "Konfederasiya Paysanne"nin sözçülərinə sərt müdaxiləsi və onları saxlaması qəzəbə səbəb olub.
"Konfederasiya Paysanne" həmkarlar ittifaqı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək bildirib ki, Parisdəki Şanzelize küçəsindəki Zəfər Tağı yaxınlığında dinc nümayiş keçirməyə icazə verilməyib.
Bəyanatda həmkarlar ittifaqının sözçüləri Stefan Qale və Tomas Gibertin polis tərəfindən sərt şəkildə saxlanıldığı və vəziyyəti "qalmaqal" adlandırıldığı qeyd edilib.

Həmkarlar ittifaqı həmçinin sosial mediada iki sözçüsünün polis tərəfindən saxlanıldığı anı əks etdirən video paylaşıb.

Videoya görə, polis bir nəfərin qolundan tutaraq çəkdiyi, digər bir nəfərin isə müdaxilə etməyə çalışdığı görünür. Hər ikisi yerə yıxılır, polis onların çiyinlərindən birinə təzyiq göstərir. Yerdə olanlardan biri polisə onları buraxmağı deyir.

Hadisənin şahidi olan bir qadın zabitlərə onların "küçədə dinc gəzdiklərini" deyir.

Sərt Fransa (LFI) partiyasının qurucusu Jan-Lük Melenşon videodan sitat gətirərək bildirib ki, etiraz günü iki Konfederasiya Paysanne sözçüsünün saxlanılması nümayiş azadlığının ciddi şəkildə pozulmasıdır.

Fransız fermerləri həftələrdir ki, Avropa Birliyi (AB) və Cənub Ortaq Bazarı (MERCOSUR) arasında planlaşdırılan azad ticarət müqaviləsinə qarşı etiraz edirlər.

Hökumətlə danışıqlar tələb edən fermerlər bir neçə gün əvvəl ölkənin müxtəlif şəhərlərindən paytaxta yola düşüblər.

Dünən səhər tezdən Parisə çatan fermerlər məşhur Şanzelize küçəsindəki Zəfər Tağı ətrafında, Eyfel Qülləsi və Milli Assambleyanın qarşısında nümayiş keçiriblər.

Yelisey Sarayı dünən gecə Fransanın AB-MERKOSUR müqaviləsinə qarşı səs verəcəyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
16
aia.az

1Mənbələr