Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycanda limitsiz ictimai nəqliyyat paketlərinin tətbiqi texniki baxımdan mümkündür, amma bunun uğuru bir neçə amildən asılıdır. Sərnişin axınının sabitliyi və nəqliyyat sisteminin rəqəmsallaşdırılması vacibdir”. Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev deyib.O bildirib ki, “BakıKart” kimi mövcud ödəniş sistemi bu mexanizmlərin idarə olunmasına imkan yaradır, lakin paketlərin qiymət siyasəti diqqətlə qurulmalıdır:“Belə paketlərin tətbiqi sosial və iqtisadi təsirləri nəzərə alınmalıdır. Limitsiz gediş paketləri gündəlik ictimai nəqliyyatdan çox istifadə edən vətəndaşlar üçün sərfəli olacaq, xüsusən tələbələr və ofis işçiləri üçün. Eyni zamanda, bu təşəbbüs şəxsi avtomobillərə alternativ yaradaraq tıxacları azaltmağa, hava keyfiyyətini yaxşılaşdırmağa və şəhərdə nəqliyyat axınını optimallaşdırmağa kömək edə bilər.O deyib ki, sistemin uğuru mərhələli tətbiqdən asılıdır:“Əvvəlcə qısa müddətli paketlər – 1 gün və 3 gün kimi pilot layihələr ilə başlanmalı, sonra isə 30 və 90 günlük paketlərə keçid edilməlidir. Bu yanaşma həm sərnişinlərin davranışını öyrənməyə, həm də infrastruktur və maliyyə yükünü balanslaşdırmağa imkan verir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.