AZ

Mərkəzi Bank faiz dərəcələrini artıracaq?

Niderlandın “ING Group” şirkətinin qiymətləndirmələrinə görə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,3 faiz və 8,9 faiz səviyyəsində olacağı gözlənilir. Bu artımı şərtləndirən əsas risklər hansılardır? İnflyasiya artarsa, Mərkəzi Bank faiz dərəcələrini artırmağa məcbur qala bilər? İqtisadçı Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiya göstəricisi çox vaxt monetar, yəni pul siyasətindən asılı olmur. Bunun əsas səbəbi ölkənin bir çox malları xaricdən idxal etməsidir: “Xarici bazarlarda qiymətlər artdıqda, bu, avtomatik olaraq daxili bazara da təsir göstərir və inflyasiyanı sırf monetar alətlərlə nəzarətdə saxlamaq çətinləşir. Bu baxımdan inflyasiyanın artması mümkündür”. Ə.Həsənovun fikrincə, Mərkəzi Bankın faiz dərəcələrinin kəskin şəkildə artırılacağı inandırıcı görünmür: “Çünki qeyd edildiyi kimi, pul siyasəti alətləri inflyasiyaya həlledici təsir göstərmir. Böyük ehtimalla, bu il ərzində faiz dərəcələri ya sabit saxlanılacaq, ya da cüzi artımlar müşahidə oluna bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
65
1
metbuat.az

2Mənbələr