AZ

Şokoladın faydasını necə görə bilərik? -Açıqlama

Tərkibində yüksək miqdarda kakao olan şokolad qan dövranını sürətləndirir və yaddaşın möhkəmlənməsinə kömək edir.

Redaktor.az bu haqda xarici KİV-də paylaşılan araşdırmaya istinadla məlumat çatdırır.

Mütəxəssislər bildiriblər ki, tünd şokolad faydalı bioloji maddələr baxımından zəngindir və bu maddələr stressi azaldaraq diqqəti artırır. Eyni zamanda, müntəzəm və ölçülü istifadə ürək-damar sağlamlığı üçün də faydalı hesab olunur.

Alimlər xəbərdarlıq ediblər ki, şokoladın faydasını görmək üçün onun şəkərsiz və ən azı 70 faiz kakao tərkibli növlərinə üstünlük verilməlidir.

Aytəkin TOFİQQIZI

Seçilən
72
1
redaktor.az

2Mənbələr