Bakı. Trend:
Meta Platforms süni intellekt və məlumat mərkəzi ehtiyaclarınıödəmək üçün ABŞ-da 20 illik nüvə enerjisi müqavilələribağlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, şirkət Ohayo və Pensilvaniyaştatlarındakı üç Vistra nüvə stansiyasından elektrik alacaq,həmçinin Oklo və TerraPower ilə kiçik modul reaktorların inkişafıüzrə əməkdaşlıq edəcək.
Bu razılaşmalar 2035-ci ilə qədər Meta-ya ümumilikdə 6,6giqavatt enerji təmin etməyi hədəfləyir. Vistra-nın Perry,Davis-Besse və Beaver Valley zavodlarından alınacaq enerji, həmstansiyaların genişləndirilməsi, həm də fəaliyyət müddətlərinin2047-ci ilə qədər uzadılması üçün istifadə ediləcək.
Meta-nın TerraPower və Oklo ilə tərəfdaşlığı yeni nüvətexnologiyalarının tətbiqinə yönəlib. TerraPower 2035-ci ilə qədər690 meqavatlıq səkkiz modul reaktor, Oklo isə 2030-cu ilə qədərOhayoda 1,2 giqavatt güc hasil etməyi planlaşdırır.