
Şimali Atlantika Alyansı (NATO) Qrenlandiyaya mümkün hərbi müdaxilənin qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampa qarşı ikimərhələli diplomatik hücuma başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, NATO səfirləri Arktikanın müdafiə xərclərini artırmağı, daha çox hərbi texnika yerləşdirməyi və Prezident Trampı regionun təhlükəsizliyinə inandırmaq üçün hərbi təlimlərin sayını artırmağı təklif ediblər. Qeyd olunur ki, Brüsseldə keçirilən qapalı görüşdə NATO səfirləri Trampın Qrenlandiyanın gələcəyi ilə bağlı mövqeyi ilə güzəştə getməyin zəruri olduğu qənaətinə gəliblər.