GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Qətər Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə təşkil etdiyi hücuma münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, açıqlamada Ukraynanın paytaxtında yerləşən Qətər səfirliyinin binasına zərər dəyməsi faktı təsdiqlənib.
Qətər tərəfi səfirliyin zərər görməsindən təəssüfləndiyini bəyan edib. Bildirilib ki, hücum nəticəsində diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.
Qətər XİN beynəlxalq hüquqa uyğun olaraq səfirliklərin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların qərargahlarının və mülki obyektlərin qorunmasının, eləcə də əməkdaşların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, Qətər Ukraynadakı müharibənin dialoq yolu ilə həllinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.