AZ

“Britaniya hərbi kontingenti Ukraynada yerləşdirilə bilər”

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya hərbi kontingentinin ölkəsində yerləşdirilə biləcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında məlumat yayıb.

Zelenski qeyd edib ki, diplomatiya müharibəyə son qoyacağı təqdirdə, Britaniya və Fransa hərbçilərinin Ukraynada təhlükəsizlik zəmanəti qismində fəaliyyət göstərməsi əsas müzakirə mövzusu olub:

“Müharibəyə son qoymaq üçün hazırlanacaq çərçivənin müttəfiqlərin aydın cavabı ilə dəstəklənməsi vacibdir”.

Xatırladaq ki, yanvarın 7-də Böyük Britaniyanın Baş naziri Keir Starmer atəşkəsdən sonra Ukraynaya qoşun göndərilməsi məsələsini parlament səsverməsinə çıxaracağını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
2
qafqazinfo.az

3Mənbələr