AZ

"Neftçi" "Kayrat"a böyük hesabla qalib gəldi

“Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb. Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Ağ-qaralar"ın qollarını 67-ci dəqiqədəAğadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurub.

Xatırladaq ki, “Neftçi” daha iki yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) komandalarıyla üz-üzə.gələcək. Bakılılar 17-də ölkəmizə qayıdacaq.

Seçilən
19
football-plus.az

1Mənbələr