Əvvəlcə onu bildirək ki, sözügedən oyunda 43-cü dəqiqədə hesabı “Səbail” açsa da, ikinci hissədə qonaqlar 4 qol (48, 54, 60 və 65-ci dəqiqələrdə) vurub. Bundan sonra “dənizçilər” daha iki dəfə fərqlənsə də, məğlubiyyətdən xilas ola bilməyib. Maraq üçün onu da qeyd edək ki, Xaçmaz təmsilçisi bu mövsüm qazandığı 5 xaldan 4-nü “Səbail”dən qoparıb. Axı komandaların ilk dueli də qolsuz “sülh”lə nəticələnmişdi.
Bu məsələylə bağlı fikirlərini öyrənmək üçün “dənizçilər”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Yayılan xəbəri oxumuşam. Klub rəhbərliyi ilə hər gün görüşürük. Bu oyunla bağlı mənə nəsə deyilməyib. Biz hər oyunu diqqətlə izləyir, başverənləri təhlil edirik. Bu qarşılaşmada oyunçularda həddən artıq arxayınlıq görmüşdüm. Həm də yorğunluq hiss olunurdu. Sanki rəqibi asanlıqla məğlub edəcəklərini düşünürdülər. Bəzən belə hallar baş verir və kollektivə baha başa gəlir. Düşünürəm ki, bu da həmin hadisələrdən biri idi”.
KƏNAN BAHADIR