Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Hazırda məktəblərdə psixoloq çatışmazlığı real və ciddi problemdir. Bu, həm şagirdlərin sosial-emotional rifahına, həm də məktəbdaxili nizam-intizama birbaşa təsir edir. Problemin qarşısını almaq üçün mərhələli şəkildə bir sıra addımlar atılmalıdır”.Bunu elm və təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, universitet proqramlarında "təhsildə sosial-psixoloji xidmət" kimi ixtisaslara qəbul yerləri artırılmalıdır:“ Təcrübə proqramları məcburi olmalıdır. Tələbələr məktəblərdə uzunmüddətli praktika keçməli və real vəziyyətlə tanış olmalıdırlar. Təcrübə dövrü gələcəkdə işə qəbul zamanı üstünlük kimi nəzərə
alınmalıdır. Hazırda maaşlar psixoloji işin tələbatı ilə uyğunlaşmır. Rəqabət qabiliyyətli maaş olmadıqca ixtisaslı mütəxəssisləri cəlb etmək çətinləşir. Bir psixoloqa düşən şagird sayı azaldılmalıdır. Hazırda bəzi məktəblərdə psixoloqlar normadan artıq yük daşıyır, bu isə fərdi yanaşmanı mümkünsüz edir. Bəzi məktəblərdə psixoloq kabineti yoxdur, psixoloq isə resurs və qiymətləndirmə alətləri ilə təmin olunmur. Bu sahədə sistemli təminat olmalıdır. İşə qəbul prosesi təkmilləşdirilməlidir. Təkcə test imtahanı ilə kifayətlənmək olmaz”.O deyib ki, praktiki tapşırıqlar, real vəziyyətlərin həlli, namizədin təcrübəsi və peşəkarlığı əsas meyar olmalıdır:“Mövcud kadrların ixtisasartırma və peşəkar inkişafı təmin olunmalıdır. Dövlət tərəfindən pulsuz ixtisasartırma proqramları təşkil olunmalıdır. Psixoloqlar ildə bir neçə dəfə yenilənmiş təlimlərə cəlb olunmalıdırlar. Peşəkar dəstək və qarşılıqlı əməkdaşlıq mühümdür. Psixoloqlar mütəmadi olaraq sahə üzrə təcrübəli mütəxəssislərlə məsləhətləşməli, superviziya və təlimlərdə iştirak etməlidirlər. Bu, həm onların peşəkarlığını artırır, həm də tükənmişlik sindromunun qarşısını alır. Dünya təcrübəsi göstərir ki, uşaqla yalnız psixoloq deyil, sosial işçi, müəllim və valideynlərdən ibarət bir komanda çalışmalıdır. Bu yanaşma problemləri daha erkən aşkarlamağa və müdaxilə etməyə imkan verir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.