Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Azərbaycanda qış turizmi son illər mərhələli şəkildə inkişaf edir və artıq mövsümi fəaliyyət sahəsi kimi formalaşmağa başlayıb. Şahdağ və Tufandağ kimi dağ-xizək mərkəzləri bu sahənin əsas lokomotivinə çevrilib”.Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, infrastrukturun qurulması qış turizminə marağı həm yerli, həm də xarici turistlər arasında artırır:“Xüsusilə regionlarda yeni iş yerlərinin açılması sosial baxımdan mühüm təsir yaradır. Bununla yanaşı, qış turizmi yalnız xizək fəaliyyəti ilə məhdudlaşmamalıdır. Sağlamlıq, ailəvi istirahət, ekoturizm və mədəni tədbirlərlə zənginləşdirilmiş konsepsiyalara ehtiyac var. Qiymətlərin bir qisim əhali üçün əlçatmaz olması daxili turizmin genişlənməsinə mane olan əsas faktorlardandır. Nəqliyyat və yol infrastrukturunun təkmilləşdirilməsi də hələ tam istənilən səviyyədə deyil. Digər tərəfdən, qış turizmi bölgələrdə mövsümi miqrasiyanın azalmasına və yerli əhalinin gəlir imkanlarının artmasına şərait yaradır. Bu sahənin inkişafı regionların sosial canlanmasına müsbət təsir göstərir. Dövlətin strateji dəstəyi və özəl sektorun fəallığı davamlı olarsa, qış turizmi daha dayanıqlı sahəyə çevrilə bilər. Azərbaycan qış turizmi potensialı olan, lakin hələ inkişaf mərhələsində olan bir sahə kimi qiymətləndirilir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.