sport24.az saytına istinadən ain.az xəbər verir.
"Sankt-Pauli" və "RB Leypsiq" arasında şənbə günü keçirilməli olan çempionat oyunu qarşı hava şərati səbəbindən təxirə salınacaq. Sport24.az xəbər verir ki, bu barədə "Hamburger Abendblatt" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu gün "Millerntor" stadionunun meydançasında yoxlama aparılıb və bu da oyunun ləğv edilməsi qərarına səbəb olub. Əsas narahatlıqlar tamaşaçı təhlükəsizliyi ilə bağlı olub.
Qeyd edək ki, "Sankt-Pauli" - "RB Leypsiq" matçı şənbə günü keçirilməsi planlaşdırılan 6 oyundan biridir. Digər qarşılaşmaların təxirə salınması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.