Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Əslində Moskva, Tehran və ya Nyu-York kimi böyük şəhərlərdə metroda gediş haqqının məsafəyə görə müəyyənləşdirilməsi başadüşüləndir. Lakin Bakıda məsafələr elə də böyük deyil və metro xətləri də kifayət qədər məhduddur. Bu baxımdan belə bir sistemin tətbiqi nə praktik, nə də asan görünür. Ona görə də bu cür qiymətləndirmə bir qədər anlaşılmazdır və mütləq şəkildə dəqiq izah olunmalıdır".Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, metro xətləri arasında böyük məsafə olmadığı halda gediş haqqının məsafəyə görə hesablanması üçün əsaslı meyarların müəyyənləşdirilməsi çətindir:"Hər halda, birinci növbədə vətəndaşların vəziyyəti nəzərə alınmalıdır. Xüsusilə də gündəlik olaraq metrodan istifadə etməyə məcbur olan insanların çətin vəziyyətə düşməməsi üçün uyğun addımlar atılmalıdır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.