ABŞ və Venesuela xüsusən neft və qaz infrastrukturunun daha böyük, daha yaxşı və daha müasir şəkildə yenidən qurulmasında yaxşı əməkdaşlıq edirlər.
Bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabından etdiyi payalaşımda bildirib.
Tramp Venesueladakı siyasi məhbusların azad edilməsini “son dərəcə vacib və müdrik bir addım” adlandırıb.
O, bu əməkdaşlığın Venesuelaya ikinci hücum dalğasının qarşısını aldığını bildirdi: “Venesuela çox sayda siyasi məhbusu azad edir. Bu, son dərəcə vacib və müdrik bir addımdır. ABŞ və Venesuela, xüsusən də neft və qaz sahəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlıq sayəsində Venesuellaya ikinci hücumun qarşısını aldım. Görünür buna ehtiyac olmayacaq. Lakin təhlükəsizlik səbəbləri ilə bütün gəmilər yerində qalacaq”.