AZ

"Jeju Air" faciəsində sərnişinlər sağ qala bilərmiş

"Jeju Air" faciəsində sərnişinlər sağ qala bilərmiş

Cənubi Koreyada Milli Məclisə təqdim edilən hesabatda "Jeju Air"ə məxsus təyyarənin 2024-cü ilin dekabrında eniş təkərlərinin açılmaması və divara çırpılması nəticəsində 179 nəfərin həyatını itirdiyi qəza zamanı bütün sərnişinlərin sağ qalma ehtimalı olduğu ortaya çıxıb.

The Korea Herald qəzetinin məlumatına görə, əsas müxalifətdəki Xalqın Gücü Partiyasından (PPP) millət vəkili Kim Eun-hye Cənubi Koreya aviasiya tarixinin ən ölümcül faciəsi hesab olunan “Jeju Air” qəzasına dair hesabatın bəzi detallarını bölüşüb.

Hesabatda simulyasiya görüntüləri ilə dəstəklənərək göstərilib ki, enib-qalxma zolağının sonunda yerləşən və alətli eniş sisteminin qurulu olduğu bölməni dəstəkləyən beton divarın olmaması və ya toqquşma zamanı dağılacaq şəkildə dizayn edilməsi halında bütün sərnişinlərin ehtimal ki, sağ qala biləcəyi qənaətinə gəlinib.

Simulyasiyalar göstərib ki, enib-qalxma zolağı boyunca sürüşərək beton divara çırpılan təyyarə düz səthdə hərəkət etsəydi, hər hansı bir toqquşma olmadan öz-özünə dayanardı.

Sənədlər göstərib ki, düz səthdə sürüşən təyyarə dayanma nöqtəsinə çatmazdan əvvəl 630 metr daha irəliləyəcək və bu halda sərnişinlərin xilas olma ehtimalı yaranır.

Cənubi Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi də Milli Məclisə açıqlamasında bildirib ki, təyyarənin çırpıldığı baryer hava limanı təhlükəsizlik standartlarına uyğun deyil.

Seçilən
58
afn.az

1Mənbələr