''Beşiktaş'' baş məşqçi Sərgən Yalçına lazım olmayan futbolçularla yollarını ayırmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, Mərt Günok artıq ''Fənərbaxça''ya yollanıbsa, David Yurasek ''Slaviya''ya keçmək üzrədi. Nəcip Uysalın yeni klubu bəlli olmasa da, bu transfer dönəminin sonuna qədər onun da ayrılacağı dəqiqdi.
Bu arada Yonas Svenssonun da yeni klubunun adı bəlli olub. Təcrübəli norveçli futbolçu vətəninə dönüb və daha öncə 8 il (2009-17) şərəfini qoruduğu ''Rusenborq'' ilə ikiillik müqavilə imzalayıb.
Svensson açıqlamasında artıq ''Rusenborq''un ən yaşlı futbolçusu sayıldığını, klubdan ayrıldığı dönəm ilə indiki dönəm arasında ciddi fərq olduğunu və vətəndən kənarda oynamaqla topladığı təcrübəni gənclərlə bölüşmək istədiyini deyib. Onun xüsusilə son iki ildə ''Beşiktaş''da böyük təzyiq altında oynadığını dilə gətirməsi diqqət çəkib.
Qeyd edək ki, Türkiyədə ilk öncə ''Adana Dəmirspor''da top qovan 32 yaşlı müdafiəçi 2024-ün yanvarından ''qartal''ın şərəfini qoruyurdu. Svensson ''Beşiktaş'' karyerasını 71 oyun, 1 qol, 6 məhsuldar ötürmə göstəriciləri və 2 titul ilə tamamladı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta