AZ

İran rejiminin asanlıqla təslim olmayacağına şübhə yoxdur



“İranda başlayan kütləvi etirazlar 12-ci gününü yaşayır. Görünən odur ki, kortəbii başlayan çıxışlar hələ də mərkəzləşdirilmiş və təşkilatlanmış idarəetməyə malik deyildir. Doğrudur kürdlərin yaşadığı bölgədə durum bir az fərqlidir. Bunun da səbəbi kürd toplumunun xaricdən olan daimi və sistematik köməyi sayəsində müəyyən siyasi və hərbi təşkilatlanmasının mövcud olmasıdır. Yaxın günlər ərzində narazılıq dalğasının İranın daxilindən idarə olunması yönündə əməli irəliləyiş olmasa hakimiyyət tədricən təşəbbüsü ələ almağa nail olacaqdır”.

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, hadisələrin artan xətt üzrə inkişafı ehtimalında hakimiyyətin özünü necə aparacağına dair isə müsbət fikir söyləmək sadəlöhvlük olardı:

“İran rejiminin asanlıqla təslim olmayacağına dair şübhə yoxdur. Bunu xalqa müraciətində Ayətullah Xomenei də açıq şəkildə ifadə etmişdir. Narazılıq dalğasının yatırılması üçün dini idarəetmə aparatı bütün radikal addımları atacaqdır. Prezident Pezeşkianın ortalığı yumşaltmaq məqsədilə etdiyi çıxışlar isə hələ bir nəticə vermir. Bu baxımdan hadisələrin necə inkişaf edəcəyinə dair hazırki durumdan çıxış edərək qəti bir şey söyləmək çətindir”.

Elçin Ağamalı qeyd edib ki, etiraz çıxışlarının müsbət yöndə inkişaf edəcəyi təqdirdə, siyasi hakimiyyətin dəyişməsi ilə ölkədə mərkəzdənqaçma və iğtişaşlarla müşayət olunan proseslərin inkişaf edəcəyi fikrindəyəm. İranın etnik tərkibini nəzərə alsaq dəyişimdən sonrakı mənzərə birmənalı görsənmir:

“İranda yaşayan soydaşlarımızın bu proseslərə nə qədər hazır olması da əndişə doğuran əsas məsələlərdəndir. Təəssüf ki, Cənubi Azərbaycanda gələcək siyasi dəyişiklikləri üzərinə götürə biləcək siyasi qüvvə və lider hazırda nəzərə çarpmır. Düşünürəm ki, belə olan təqdirdə Pezeşkian soydaşlarımızın mövqeyini ifadə edəcək siyasi lider funksiyasını öz üzərinə götürə bilər”.

Süleyman
Seçilən
31
1
newscenter.az

2Mənbələr