ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Nizami rayonunda 38 yaşlı oğlan cinsi münasibətdə olmaq istədiyi qıza xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Hacıqabul rayon sakini, 1988-ci il təvəllüdlü Rəvan sosial şəbəkədə intim münasibətdə olmaq üçün Arzu (adlar şərtidir – red.) ilə tanış olub. Daha sonra onlar gecə saat 3 radələrində küçədə görüşüblər və onun yaşadığı evdə cinsi əlaqədə olmaq üçün yolla çıxıblar. Bu zaman Rəvan yaşadığı ünvana piyada gedən zaman Arzunun onun göstərdiyi yolla getməməsini görüb. Bu səbəbdən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Arzunun onun ünvanına nalayiq ifadələrin işlətməsi ilə əlaqədar qisas almaq məqsədilə qəsdən əli ilə saçlarından tutaraq dartıb. Daha sonra Rəvan əli ilə Arzunun qarın nahiyəsinə bir dəfə, üz nahiyəsinə iki dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb. Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan icraata xitam verilib. Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.