AZ

Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentiakademik İsa Həbibbəyli Albaniyanın Azərbaycandakı səfiri BesartKadia ilə görüşüb.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın RəyasətHeyətində baş tutan görüş zamanı İsa Həbibbəyli Azərbaycan iləAlbaniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhsedib. Akademik iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdəinkişaf etdiyini vurğulayıb, bu çərçivədə Azərbaycanla Albaniyanınelmlər akademiyaları, akademik qurumları arasında əlaqələrinqurulmasının və bu istiqamətdə əməkdaşlıq müqaviləsininimzalanmasının məqsədəuyğun olacağını bildirib.

Səfir Besart Kadia isə ölkələrimiz arasında mövcud dostluqmünasibətlərinin elmi-mədəni sahədə də genişləndirilməsininvacibliyinə toxunub. O, Azərbaycan elminə və mədəniyyətinə böyükmaraq göstərdiklərini vurğulayaraq, akademiyalar arasındaəməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.

Görüş zamanı akademiyalararası əməkdaşlıq müqaviləsinin mətnininhazırlanaraq tərəflərlə razılaşdırılması qərara alınıb.

Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonağa Azərbaycanıntarixinə həsr olunmuş kitab hədiyyə edib. AMEA-nın RəyasətHeyətinin binası ilə tanış olan qonaqlara onun tarixi barədəətraflı məlumat verilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
47
3
az.trend.az

4Mənbələr