AZ

Rusiya Kiyevdəki Qətər səfirliyini vurdu

9 yanvar gecəsi Rusiya pilotsuz təyyarəsi Ukraynadakı Qətər səfirliyinə zərər vurub. Ukrayna Prezidenti Volodimir Zelenski bunu Telegram-da açıqlayıb: “Adi mülki infrastrukturumuz və enerji obyektlərimizlə yanaşı, bu gecə Rusiya pilotsuz təyyarəsi Qətər səfirliyinə də zərər vurub.

Bu, Rusiya həbsxanalarında saxlanılan hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi üçün Rusiya ilə vasitəçilik etmiş bir ölkədir”, – deyə prezident yazıb.
Kiyev Şəhər Prokurorluğunun məlumatına görə, səfirlik binasından əlavə, digər mülki infrastrukturlar da zədələnib: uşaq bağçasında, tramvay deposunda, yarımçıq qalmış çoxmərtəbəli binada pəncərələr uçub, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsi zədələnib.
Hücumun nəticələri Kiyevin Darnitski, Dneprovski, Desnyanski, Peçerski, Şevçenkivski, Qoloseyevski və Svyatoşinski rayonlarında daha çox qeydə alınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr