Tbilisidə yerləşən “Kidobani” ticarət mərkəzində yanğın baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, mərkəzdəki mağazalardan birində başlayan yanğın üçüncü mərtəbəyə qədər yayılıb.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.