Əlverişsiz və qarlı hava şəraiti Moskvada hava nəqliyyatını iflic edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu səbəbdən Moskva vilayətindəki hava limanlarında 55-dən çox reys təxirə salınıb. Onlardan 30 reys isə tamamilə ləğv edilib.
Məlumata görə, Domodedovoda 12, Vnukovoda 26, Şeremetyevoda 18 və Jukovskidə bir reys iki saatdan çox gecikib. Domodedovoda müvafiq olaraq 4, Vnukovoda isə 24 reys ləğv edilib.
Şeremetyevoda iki təyyarə alternativ aerodromlara yönləndirilib.
Anar