AZ

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda piyadanın ölümüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ərkan Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın "E-huquq" istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə.Şıxəliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində qeydə alınıb. Belə ki, Ə.Şıxəliyev idarə etdiyi “İsuzu” markalı yük avtomobili hərəkətdə olarkən piyada İlahə Əhmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən təcili tibbi yardım maşınında ölüb. Ə.Şıxəliyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Oxunub 10

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
avtosfer.az

1Mənbələr