ABŞ prezidenti Donald Tramp elan edib ki, ABŞ tezliklə Meksikadakı narkotik kartellərinə zərbə endirəcək. O, bu barədə Fox News-da açıqlama verib: “Biz kartellərə quruda zərbə endirməyə başlayacağıq. Meksikanı kartellər idarə edir”, – deyə Tramp bildirib.
O, həmçinin ABŞ-ın dəniz yolu ilə gələn narkotik trafikinin 97%-ni ələ keçirdiyini açıqlayıb. İndi isə Amerika qoşunları quruda olan kartellərə zərbə endirməyə hazırlaşır.
Xatırladaq ki, sentyabrın əvvəlindən bəri ABŞ ordusu Venesuela sahillərində Donald Trampın narkotik daşıdığını iddia etdiyi gəmilərə zərbə endirir. 3 yanvar gecəsi ABŞ Karakasa hava hücumları təşkil edərək Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib.
Amerika prezidenti ABŞ-ın Meksika və Kolumbiya da daxil olmaqla Latın Amerikası və Karib dənizində narkotik kartellərinə qarşı hərbi əməliyyatları genişləndirə biləcəyini qeyd edib.
//Samir Qurbanov, Editor.az