AZ

Mən beynəlxalq hüquq deyilən bir şey tanımıram – ABŞ Prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp xarici siyasət hərəkətlərinin beynəlxalq hüquqla deyil, yalnız öz əxlaqı və düşüncəsi ilə məhdudlaşdığını bildirib.

O, bu açıqlamanı “The New York Times” qəzetinə verdiyi müsahibədə verib: “Bir məhdudiyyət var. O da mənim öz əxlaqım və öz ağlımdır. Məni dayandıra biləcək yeganə şey budur”, – deyə Tramp aydınlıq gətirib.

Dövlət başçısı əlavə edib ki, onun administrasiyası beynəlxalq hüquqa riayət etməlidir, lakin ABŞ maraqları ilə hər hansı bir ziddiyyətdə son söz onundur.

Qeyd edək ki, dünən ABŞ Senatı prezidentin Konqresin təsdiqi olmadan Venesuelada hərbi güc tətbiq etməsini qadağan edən qətnaməyə səs verib. Əlli iki senator lehinə, 47-si əleyhinə səs verib, biri isə bitərəf qalıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr