AZ

Gecikən Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərdən daha bir İDDİAVİDEO

Bakı-Naxçıvan aviareyslərindəki gecikmələr sərnişinləri təngə gətirib. Bu gün səhər saatlarında Bakıdan Naxçıvana həyata keçirilməli olan təxirə salınıb.

Sərnişinlər iddia ediblər ki, Naxçıvandan Bakıya gələndə də eyni problemlə üz-üzə qalıblar. Hətta, 8 saat gözləməli olublar.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-dən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı-Naxçıvan marşrutu üzrə bu gün saat 11:30-da həyata keçirilməsi planlaşdırılan J2-253 nömrəli reys gecikmə ilə icra olunub və təyyarə saat 15:40-da yola düşüb.

Gecikməyə səbəb əlverişsiz hava şəraiti olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
16
xezerxeber.az

1Mənbələr