AZ

Bakıda tərəvəz satan şəxs döyüldü TƏFƏRRÜAT

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nizami rayonunda iki nəfər arasında yaranan mübahisə sonda dava-dalaşla nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun  Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında baş verib. Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Sərdar səyyar qaydada çiy köftə və tərəvəz satışı ilə məşğul olan Məlikdən (adlar şərtidir – red.) aldığı pomidor-xiyarın pulunu ödəməyib. Buna görə də Məlik ona iradını bildirib. Bu səbəbdən Sərdar Məlikin ünvanına nalayiq ifadələr işlədib, fiziki zor tətbiq edib. Onun burun nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Koroğlu” metro stansiyasının qarşısında araba ilə çiy köftə satan Məlikdən pamidor-xiyar alıb: “Pulumu ödəməyimə baxmayaraq ödəmədiyimi bildirdiyi üçün başım ilə onun sifət nahiyəsindən vurdum, ona xəsarət yetirdim. Hadisə 2-3 dəqiqə ərzində baş verdi. Əməlimdən çox peşmanam”. 

Nizami Rayon Məhkəməsinin hökmü ilə Sərdar 1500 manat məbləğində cərimə olunub. Fariz Məlikli

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr