"Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisinə başlanıb.
Xezerxeber.az-ın xəbərinə görə, Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb.
Bildirildi ki, tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayev küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının yüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.