Bakı, 9 yanvar, AZƏRTAC
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda ilk yarımfinalçı məlum olub.
AZƏRTAC xəbər verir ki, Seneqal Mali yığması ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüş Seneqal millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da komanda adını yarımfinala yazdırıb.