AZ

Gəncədə yol qəzası baş verdi - Xəsarət alanlar var

GƏNCƏ, 9 yanvar. TELEQRAF

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

"Ford" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Qəza zamanı maşınlardan biri mağazaya, digəri isə stamatologi kabinetə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı 2002 - ci il təvəllüdlü Samir Məmmədov və 2001 - ci il təvəllüdlü Emil Bayramov xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb

Seçilən
80
4
teleqraf.com

6Mənbələr