AZ

İranda daha bir polis məmurunun öldürüldüyü bildirilir

İranda daha bir polis məmurunun öldürüldüyü bildirilir

İranın qərbindəki İlam əyalətinin Xoleilan rayonunda polis komandiri silahlı iğtişaşçılar tərəfindən öldürülüb.

AFN.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl də Tehranda bir neçə hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verilib.

Ötən ilin dekabrında İran rialının kəskin düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. 30 dekabrda tələbələr etirazlara qoşulublar. Aksiyalar bir neçə gündə əksər böyük şəhərlərə yayılıb. Hüquq-mühafizə orqanları əməkdaşları etirazçılara silahlı müqavimət göstərməyə başlayıb. Bəzi məlumatlara görə, iğtişaşlar zamanı ölənlərin sayı 42 nəfərə çatıb.

Seçilən
18
afn.az

1Mənbələr