AZ

Britaniya dronlarla mübarizədə lazer silahlardan istifadə edəcək

BAKI, 9 yanvar. TELEQRAF

Böyük Britaniya ordusu vacib infrastrukturları dron hücumlarından qorumaq üçün "DragonFire" lazer silahından istifadə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzetinin məlumat yayıb.

Kral Dəniz Qüvvələrinin esminesləri 2027-ci ildən etibarən "DragonFire" sistemləri ilə təchiz olunacaq. Ötən ilin noyabr ayında Avropa müdafiə şirkəti MBDA-nın Britaniya bölməsi ölkənin donanmasına lazer sistemləri tədarükü üçün Böyük Britaniya hökuməti ilə 316 milyon funt sterlinq (təxminən 425 milyon dollar) dəyərində müqavilə imzalayıb.

Həmçinin vurğulanır ki, lazer sisteminin hər atış üçün qiyməti cəmi 10 funt sterlinqdir. Silah bir funt sikkəni bir kilometrə qədər məsafədən dıqiq vura bilər.

Seçilən
94
teleqraf.com

1Mənbələr